Yoluna başla
Yoluna uyğun təlimi tap.
İlk kod sətirlərindən ekspert sertifikatlarına qədər — uyğun proqramı tapmaq üçün kateqoriya, səviyyə və formata görə filtrlə.
ORTAŞəbəkə Administrasiyası
Əyani
Cisco CCNA
CCNA kursu Cisco şəbəkələri üzrə əsas bilikləri öyrədir: routing, switching, IP ünvanlama və şəbəkə təhlükəsizliyi. Şəbəkə administrator bacarıqlarını hands-on laboratoriyalar və imtahan yönümlü tapşırıqlarla mənimsəyib CCNA sertifikasiya imtahanına hazırlaşırsınız.16 həftə · 64 saat
İRƏLIŞəbəkə Administrasiyası
Əyani
Cisco CCNP Enterprise
Şəbəkə mühəndisləri üçün nəzərdə tutulmuş bu CCNP ENCOR proqramı enterprise səviyyəli routing, switching, wireless, avtomatlaşdırma və şəbəkə təhlükəsizliyi üzrə bilikləri dərinləşdirir. Kurs müasir şəbəkə arxitekturası, Layer 2/Layer 3 texnologiyaları, STP təkmilləşdirmələri, EIGRP/OSPF/BGP kimi dinamik routing protokolları, VPN, MPLS, QoS, wireless əməliyyatlar, şəbəkə dizaynı və API/NETCONF/RESTCONF ilə avtomatlaşdırmanı əhatə edir və Cisco ENCOR blueprint-i ilə uyğunlaşdırılıb.20 həftə · 80 saat
BAŞLANĞICŞəbəkə Administrasiyası
Əyani
Şəbəkə Əsasları
Şəbəkəyə sıfırdan giriş üçün nəzərdə tutulmuş bu kurs müasir şəbəkə prinsiplərini öyrədir: şəbəkə növləri, protokollar, ünvanlama, Ethernet texnologiyaları, routing əsasları, DNS, DHCP və ICMP kimi xidmətlər. Kurs praktiki izah və nümunələrə əsaslanır.4 həftə · 16 saat